Bu halda müəllimlərin müqaviləsinə xitam veriləcək

14:02 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. Bilirik ki, zəif nəticə göstərən müəllimlərin üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. Onlar üçün təşkil ediləcək təkmilləşdirmə kursları kömək olacaq, həm həyəcanları dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar.

ABC.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, müəllim ikinci mərhələdə uğur qazanmazsa və üzrsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq.

"Bu qanunvericiliyin tələbidir", - deyə E.Əmrullayev qeyd edib.

Bütün xəbərlər