Putin taxıl dəhlizindən danışdı – Sövdələşməni fırıldaq adlandırdı

14:36 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. Rusiya prezidenti Vladimir Putin taxıl dəhlizi ilə bağlı sərt tənqidi çıxış edib.

ABC.AZ xəbər verir ki, Putin iyulda nəzərdə tutulan taxıl dəhlizi müqaviləsi çərçivəsində həyata keçirilən yüklərin böyük hissəsinin Avropaya getdiyini, buna görə də aşağı gəlirli ölkələrin müqavilədən faydalana bilməyəcəyini bildirib.

Vladivostok İqtisadi Forumunda çıxış edən Putin 80 gəmidən yalnız ikisinin aşağı gəlirli ölkələrə getdiyini və buna görə də sövdələşmənin inkişaf etməkdə olan ölkələr üçün “fırıldaq” kimi olduğunu bildirib.

 

Bütün xəbərlər