Kəlbəcər və Zəngilanda məktəblər tikiləcək - Prezident pul ayırdı

14:56 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə  Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.

Prezident, eyni zamanda Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb.

Sərəncamla Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.

Bütün xəbərlər