“Azərsu” daha 15 min abunəçinin su təchizatını yaxşılaşdırır

17:21 - 31.05.2018


31 may, Fineko/abc.az. “Azərsu” ASC Oğuz rayonu ərazisində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihələrini başa çatdırdı.

“Azərsu” xəbər verir ki, Astraxanovka və Vladimirovka kəndlərinin su təchizatının yaxşılaşdırılması layihələri dövlət investisiyaları hesabına həyata keçirilmişdir.

2018-ci ildə, Oğuz rayonundan başqa, “Azərsu”  dövlət investisiyaları hesabına  Xızı, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində  layihələri həyata keçirəcək. Nəticədə 15 min nəfər üçün su təchizatı yaxşılaşdırılacaq.

 

Bütün xəbərlər