Ailə təsərrüfatlarının inkişafına daha bir dəstək - Saziş imzalandı

11:09 - 8.09.2022


8 sentyabr, Fineko/abc.az. Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair saziş imzalanıb.

ABC.AZ-ın məlumatına görə, saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.

Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı sosial-iqtisadi islahatlardan söz açıb.  Tərəflər Sazişin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliklərini ifadə ediblər. Sazişə əsasən “PMD Hospitality”ə məxsus obyektlərin tədarük ehtiyaclarının “ABAD”çıların istehsalı olan məhsullarla ödənilməsinə üstünlük veriləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər