330x110
 

Azərbaycan və Böyük Britaniya bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər

31.05.2018,17:25


31 may, Fineko/abc.az. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib. 

Nazirliyin məlumatında deyilir ki, görüş zamanı, Emma Nikolson bildirib ki, "Cənub qaz dəhlizi"nin həyata keçirilməsi Azərbaycanın enerji sektorunda növbəti uğurudur.

“Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlıq məsələləri, BP-nin iştirakı ilə həyata keçirilən qlobal layihələrin əhəmiyyəti, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsində "Cənub qaz dəhlizi"nin rolu müzakirə olunmuşdur”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, tərəflər bərpa olunan enerji mənbələri sahəsində gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

 

Açar sözlər: Emma Nikolson Şahbazov