7 aylıq körpə OMD-də öldü

08.09.2022,12:26


8 sentyabr, Fineko/abc.az. K.Fərəcov adına Elmi Tədqiqat Pediatriya Xəstəxanasında (“OMD” kimi tanınır) ölüm hadisəsi baş verib.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 6-da xəstəxanaya gətirilən 7 aylıq Ayla Qasımzadə vəfat edib. Körpədə bağırsaq keçməzliyinin olduğu və xəstəxanaya bu diaqnozla daxil olduğu bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.