Prezident Sanatoriyanın açılışına qatılıb – Foto

14:21 - 8.09.2022


8 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

ABC.AZ xəbər verir ki, Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina inşa edilib.

Sanatoriyada stasionar şəraitdə müalicə alan uşaqların 11 illik təhsili təşkil olunacaq və beləliklə, onların təhsillərində fasilələr yaranmayacaq.

 


Bütün xəbərlər