Nazirlikdə yüksək vəzifəyə təyinat həyata keçirilib

09.09.2022,12:14


9 sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

ABC.AZ unikal-a istinadən xəbər verir ki, Fuad Mayılov Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və İnsan Resursları şöbəsinin müdiri təyin edilib. O bundan əvvəl nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri olub.

Qeyd edək ki, bundan əvvəl həmin şöbənin müdiri olan Elvin Paşayev iyulun 25-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.