Sahibkarların müraciəti ilə bağlı 19 daxili bazar araşdırılıb

14:13 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. İndiyədək sahibkarların müraciəti əsasında 19 daxili bazar araşdırması aparılaraq nəticələr sahibkarlıq subyektlərinə təqdim edilib.

ABC.AZ xəbər verir ki, sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir.

İndiyədək 25 belə daxili bazar araşdırması aparılaraq nəticələri KOBİA-nın saytında yerləşdirilib.

Hazırda sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə bir neçə istiqamətdə daxili bazar araşdırmaları aparılır və nəticələri aidiyyəti üzrə təqdim olunacaq.

Bütün xəbərlər