Agentlik sığortaçı axtarır

16:48 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mülkiyyətində olan Bakı və Mingəçevir şəhərlərində yerləşən Məlumat Mərkəzlərin 1 illik könüllü sığortası üçün tender keçirir.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 11.10.2022 18:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Səbinə Məmmədova, [email protected]

Bütün xəbərlər