Dövlət sektorunda işləyənlər azalıb - 3 min 700 nəfər işini itirib

16:49 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. Avqustun 1-ə ölkədə işləyənlərin 897,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 821,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

ABC.AZ-ın məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə dövləti sektorunda işləyənlərin sayı 7,9 min nəfər azalıb, qeyri-dövlət sektorunda çalışanların sayında isə 37,3 min nəfər artıb.

Son bir ayda isə dövlət sektortunda çalışanların sayında 3,7 min nəfər azalma var, əvəzində qeyri-dövlət sektorunda çalışanlar 2,8 min nəfər artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər