Ruslar Gürcüstana axışır - 6 ayda 7500 şirkət yaradıblar

17:00 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. 2022-ci ildə 2 minə yaxın Rusiya vətəndaşı Gürcüstanda yaşamaq hüququ alıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət xidmətlərinin inkişafı Agentliyinin məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə 2022-ci ildə Gürcüstanda yaşayış icazəsi üçün 2824 Rusiya vətəndaşı müracitə edib. Onlardan 2 min nəfərərə icazə verilib. 475 nəfərə imtina verilib, qalanlarının müraciətinə baxılır.

İcazə alanların 1300 nəfəri Gürcüstanda müvəqqəti, 700 nəfər isə həmişəlik yaşamaq icazəsi alıb.

Amma rusiyalıların Gürcüstana köçü təkcə yaşayış icazəsi ilə bağlı deyil, 2022-ci ilin təkcə son 6 ayında – mart ayından avqusta qədər olan dövrdə Rusiya vətəndaşları Gürcüstanda 7500 şirkət yaradıblar.

Bütün xəbərlər