Ruslar bu markaların Rusiyadan getməsinə təəssüflənir - Siyahı 

10:23 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az   Ruslar ölkə bazarını tərk edən xarici brendlər arasında ən çox IKEA-nın getməsinə təəssüflənirlər.

ABC.AZ xəbər verir ki, bununla bağlı "Webbankir"in araşdırmasında qeyd olunub. Respondentlərin 44,1%-i heç bir brendin getməsindən peşman olmadıqlarını bildiriblər. Eyni zamanda, respondentlərin 27,2%-i IKEA-nın ölkədən getməsini ən böyük itki hesab edir. Getməsi təəssüf doğuran digər məşhur brendlər arasında Samsung (23,8%), Adidas (17,3%), Apple (15,8%) və Coca-Cola (15,3%) da var. Müəllif: Elmir Murad

Bütün xəbərlər