Asiyanın ən böyük Bankının rəhbəri Bakıya gəlib

15:08 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, sentyabrın 15-dək davam edəcək səfərin əsas məqsədi ADB-nin fəaliyyətini müşahidə etmək, ölkənin inkişaf tələblərini daha yaxşı öyrənmək və 2023-cü ildə hazırlanacaq Ölkə üzrə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri üzrə məsləhətləşmələr aparmaqdır. Səfər çərçivəsində vitse-prezident Şiksin Çenin Naxçıvan Muxtar Respublikasına, Ş.Çeni səfərdə müşayət edən bankın baş direktoru Yevgeni Jukovun isə işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri də nəzərdə tutulub.

Bütün xəbərlər