May ayında ARDNF valyuta satışını təxminən ikiqat azaltdı

01.06.2018,12:46


1 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını davam etdirir.

Neft Fondunun məlumatına görə, may ayında valyuta hərraclarında 422,7 milyon dollar satılıb.

Aprel ayında valyuta hərraclarında 802,6 milyon dollar satılmışdır, birinci rübdə isə Fond 1310,2 milyon dollar həcmində valyuta satıb.

2017-ci il ərzində ARDNF hərraclarda 3597,8 milyon dollar məbləğində vəsait satıb.

 

Açar sözlər: SOFAZ ARDNF