"Xəzər Dəniz Gəmiçiliyi" bu Bankın pulu ilə yenidən qurulacaq

10:52 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin donanmasının yenidən qurulmasına 100 milyon dollar kredit ayırıb.

ABC.AZ xəbər verir ki, bu gün Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan İnvestisiya Şirkəti və AYİB arasında imzalanan müqavilədə əksini tapıb.

Müqaviləni Azərbaycan tərəfdən "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov və AYİB-in Davamlı İnvestisiya Bölməsinin İcraçı Direktoru Nandita Parşad imzalayıblar.

Bütün xəbərlər