"Optimal Elektronika" son 3 ayda 100 nəfəri işdən çıxarıb

11:40 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. "Optimal Elektronika" ötən il və bu ilin ilk yarısında filiallarının bir hissəsini bağlayıb, işçilərini ixtisar edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkkətin açıqladığı yarım illik və illik hesabatlarda bildirilir.

Hesabatda qeyd olunub ki, son 3 ayda "Optimal Elektronika"nın əməkdaşlarının sayı 100 nəfər azalıb. Martın sonunda 1 192 nəfər əməkdaşı olduğu halda, iyunun sonunda bu rəqəm 1097-yə enib.

Qeyd edək ki, şirkət işçilərinin sayını bu ilin əvvəlində artırmışdı. Belə ki, ilin əvvəlində əməkdaşların sayı 1096 nəfər idi, görünür, şirkət irəliləyşə cəhd edib, amma gözlənilən nəticə alınmayanda ixtisara əl atıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər