Təhsil Nazirliyi tender keçirir

15:01 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və. Təchizat İdarəsi Beyləqan rayonu, Kəbirli kənd 1 nömrəli 504 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 320 şagird yerlik əlavə korpusun tikinti işləri üçün tender keçirir.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 07.10.2022 17:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Nuranə-Gülgün Salahova, [email protected].

 

Bütün xəbərlər