Kəlbəcər və Laçındakı mövqelərimiz atəşə tutulub

10:13 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələri sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Bütün xəbərlər