Qarabağda şəhərsalma işini Komitə sədri öz oğluna tapşırıb

10:23 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib. Dəyəri 11 milyon 304 min manat olan 22 müqavilə müsabiqə keçirilmədən bağlanıb.

ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, hökumət adından bu müqavilələrin bağlanmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz tabeliyindəki quruma - Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edib.

Qurum Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini “Feniks-AA” MMC-yə təqdim edib.

Aydın Aydınlı “Feniks-AA” şirkətinin direktorudur. 27 yaşlı şirkət rəhbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun oğludur.

Bütün xəbərlər