MN: Ermənistan mövqelərimizi atəşə tutmaqda davam edir

14:13 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.

Bütün xəbərlər