İyunun 2-nə olan hava haqqında məlumat

14:59 - 1.06.2018


1 iyun, Fineko/abc.az. Sinoptiklər bildirirlər ki, Bakıda və Abşeronda iyunun 2-də hava buludlu olacaq, arabir yağış yağacaq. Gecə bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb  küləyi əsəcək,  gecə və səhər arabir güclənəcək.

Abşeron yarımadasında gecə 15-17, gündüz 17-20,  Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 59-65%, gündüz 80-90% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.

Abşeronun cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi  əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Bölgələrin bəzi yerlərində sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Gecə 11-16, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq. 

 

Bütün xəbərlər