Azərbaycanda oktyabrda iqtisadi artım tempi sürətlənə bilər - Ayhan Köse

16:57 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Tarixdə ilk dəfə biz görürük ki, ölkələr faiz dərəcələrini artırırlar.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan hökuməti və Dünya Bankı Tərəfdaşlığının 30 illiyi münasibəti ilə Bakıda keçirilən Forumda Dünya Bankı rəsmisi Ayhan Köse bildirib.

O qeyd edib ki, biz əvvəl hesab edirdik ki, iqtisadi artım 5 faizdən artıq  olacaq, amma elə olmadı.

Dünya Bankı rəsmisi qeyd edib ki, növbəti ildə biz iqtisadi artımı daha da az gözləyirik.  "Qlobal artım tendesiyyalar azalır və bəzi ölkələrdə ressesiyalar baş verir. Bu o deməkdir ki, idxalçı ölkələr bir çox problemlə üzləşəcəklər. Əmtəələr ixrac edən ölkələrdə vəziyyət biraz yaxşıdı. Azərbaycanda oktyabrda iqtisadi artım tempi sürətlənə bilər. Eyni zamanda burda risklər var. Buna baxmayaraq Şərqi Asiyada, cənubi Asiyada, Afrikada iqtisadi vəziyyət elə də ürəkaçan olmaya bilər", - deyə A.Köse bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər