Azərbaycan Dünya Bankı ilə 5 prioritet üzrə işləyəcək - Mikayıl Cabbarov

17:33 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Azərbaycanın Dünya Bankı ilə 5 prioritet üzrə işləməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.

Nazir qeyd edib ki, onlardan ən önəmlisi işğaldan azad olunan ərazilərə böyük qayıdışla bağlıdır.

"Bu ərazilərin inkişafi Azərbaycanla Dünya Bankı arasında tərəfdaşlığı daha da  dayanıqlı edə bilər. O cümlədən sözügedən ərazilərin inkişafı yaşıl enerji sistemlərinin yaradılması ilə yanaşı çox ciddi investisiyalar da gətirə bilər. Bu baxımdan biz gələcəyə baxaraq qeyd etmək istəyirik ki, bu istiqamətdə müzakirələr əsasında bizim əməkdaşlığımız daha da dərinləşə və genişlənə bilər ".

 Müəllif: Elmir Murad

Bütün xəbərlər