AMEA Yüksək Texnologiyalar Parkı fəaliyyət üzrə illik hesabat təqdim edib

10:07 - 24.10.2017


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkı (“YT Park”) Müşahidə Şurasının iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, iclas, “YT Park”ın  fəaliyyətinə dair illik hesabata həsr olunub.

““YT Park”ın fəaliyyətinin ali məqsədi elm-dövlət-sənaye əməkdaşlığının təmin edilməsi və elmin kommersiyalaşdırılması ilə milli innovasiya ekosisteminin və  bilik iqtisadiyyatının qurulmasıdır”, - deyə İ.Quliyev qeyd edib.

İclas gedişatında AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev parkda 2016-2017-ci illər ərzində yerinə yetirilən işlər haqqında hesabat təqdim edib və qeyd edib ki, elmtutumlu mərkəz olaraq Biznes İnkubasiya Mərkəzi (BİM) 7000-dən artıq peşəkar alim və mütəxəssis ehtiva etmək imkanına malikdir, Sənaye Mərkəzi isə xüsusi statusa malik olan və rezidentlər üçün ideal infrastrukturu təmin edən istehsalat məkanıdır.

 

Bütün xəbərlər