Azərbaycan və Rusiya gömrükçüləri Azərbaycanın “Amoris” şirkətinin problemlərini müzakirə etdilər

16:17 - 1.06.2018


1 iyun, Fineko/abc.az. Azərbaycan və Rusiya gömrükçüləri Dərbənd şəhərində işçi görüş keçiriblər.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir ki, tərəflər kənd təsərrüfati məhsullarının gömrük prosedurlarının keçməsində operativlik məsələsini müzakirə etdilər.

“Xüsusilə, Rusiyaya alma və pomidor tədarük edən Azərbaycanın ən böyük ixracatçılarından biri olan “Amoris” şirkətinin mallarla bağlı problemlərini operativ şəkildə həll edilməsi zərurəti müzakirə olunub”, - məlumatda belə deyilir.

Görüşün sonunda işçi protokolu imzalandı.

 

Bütün xəbərlər