Avropada işçi çatışmazlığı var - Ursula von der Leyen

10:30 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. Avropa Komissiyasının sədri Ursula von der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında “Birliyin vəziyyəti” mövzusunda çıxış edib.

ABC.AZ xəbər verir ki, Von der Leyen Avropada ixtisaslı işçilərə ehtiyac olduğuna da toxunub.

O qeyd edib ki, Avropada işsizlik nisbəti 6%-dir.

"Bu çox yaxşı bir göstərici olsa da, bir çox vakansiyalar dolmayacaq,  Avropa Birliyinə xaricdən işçilərin gəlməsi lazım olacaq" deyə Ursula von der Leyen bildirib.

 

Bütün xəbərlər