Qazaxıstan paytaxtının adı dəyişdirildi

11:18 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. Qazaxıstan Parlamentində ölkənin paytaxtının adının dəyişdirilərək yenidən Astana adlanması ilə bağlı səsvermə keçirilib.

ABC.AZ Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, səsvermə zamanı deputatlar şəhərin yenidən Astana adlanması ilə bağlı təklifin lehinə səs veriblər.

Məlumata görə, Nur-Sultanın yenidən Astana adlanması ilə bağlı 17 təklif daxil olub.

Sentyabrın 14-də parlamentin onomastika komissiyasının növbəti iclasında şəhərin adının yenidən Astana adlanması ilə bağlı yekdilliklə qərar qəbul edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər