MİDA-nın ev satışında yenə problemlər yaranıb - Səbəbi açıqlandı

11:35 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçimi baş tutmayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı deyib.

Onun sözlərinə görə, satışın başlamasına qısa bir müddət qalmış çoxlu sayda vətəndaşın girməyə çalışmasına görə, asan login sistemində yüklənmə olub.

Beləliklə, bu kompleksdə mənzillərin satışı qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Bütün xəbərlər