Ağalıda 150 evin inşası başa çatıb - Xüsusi nümayəndə

11:53 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. "Hazırda Ağalıda 150 evin inşası başa çatıb, son işlər həyata keçirilir. Həmin evlərə də ailələr köçürüləcəklər".

ABC.AZ xəbər verir ki, bu fikirləri Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Onun sözlərinə görə, kəndin tikintisi ilə bağlı ikinci mərhələ də planda var: "İkinci mərhələ üçün artıq ailələr müəyyənləşdirilib. Ümumilikdə, 1350 kənd sakini bura köçməklə bağlı niyyətlərini bildirib".

Bütün xəbərlər