Azərbaycan Mərkəzi Bankı depozit hərracında 350 milyon manat cəlb etməyi planlaşdırır

17:01 - 1.06.2018


1 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  növbəti depozit hərracının keçirilməsi barədə elan edib.

AMB-dan təqdim edilən məlumata əsasən, hərrac 4 iyun 2018-ci il tarixində “Bloomberg” ticarət platformasında keçiriləcək.

“Hərac vasitəsi ilə 8,01% – 10,99% dərəcə ilə 350 milyon manat cəlb etmək planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - deyə məlumatda bildirilir.

AMB 13 iyun 2016-cı il tarixindən etibarən depozit hərracları keçirir.

 

 

Bütün xəbərlər