Altı ay üzrə tədiyə balansının ehtiyat aktivləri 3 milyard dollardan çox artıb

15:40 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. 2022-ci ilin 6 ayı üzrə tədiyə balansının əsas göstəriciləri açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 6 ayı üzrə tədiyə balansının ehtiyat aktivləri 4 milyard 633.5 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 6 ayı üzrə ehtiyat aktivlər 1 milyard 261.3 milyon dollar olmuşdu.

2022-ci ilin 6 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.

Cari əməliyyatlar balansında 10,3 milyard dollarlıq profisit kapital və maliyyənin hərəkəti hesabında isə 5.3 milyard dollarlıq kəsir yaranmış, ehtiyat aktivləri 4.6 milyard artıb.

2021-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 1.9 milyard dollar olmuşdu. Bu dövrdə xam neftin orta qiyməti 101 dollar/barel olmuş, qeyri-neft ixracı isə 32.6% artaraq 1.4 milyard dollar səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər