Tibb Universitetinin Onkoloji Klinikası tenderi bu şirkətə verdi

15.09.2022,17:32


15 sentyabr, Fineko/abc.az. Azərbaycan Tibb Universiteti Onkoloji Klinikası üçün tibbi avadanlıqların satınalınması üzrə tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 1 871 933 manatlıq tenderinin qalibi "İmago Co" MMC-dir.

Xatırladaq ki, "İmago Co" MMC bundan əvvəl İcbari Tibbi Sığorta Agentliyinin tibbi və digər avadanlıqların satınalınması üzrə 6 860 manatlıq tenderini qazanıb (01.04.2022).