“Azərsu” daha 1500 abunəçinin su təchizatını yaxşılaşdırdı

17:24 - 1.06.2018


1 iyun, Fineko/abc.az. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində su təchizatının yaxşılaşdırılması layihəsini başa çatdırdı.

ASC-in məlumatında deyilir ki, layihə çərçivəsində 2 km uzunluğunda magistral xətt çəkilmiş, 5 km uzunluğunda paylayıcı şəbəkə yaradılmışdır.

“Layihə 1500 nəfərin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulub”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər