Azad olunmuş ərazilərdə 50 min hektarda yazlıq və payızlıq əkinləri aparılıb

11:44 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 50 min hektarda yazlıq və payızlıq əkinləri aparılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

"Növbəti mövsümdə əkin ərazilərinin daha da artırılması üzrə tapşırıqlar verilib, hazırda aidiyyəti dövlət qurumları ilə birgə bu sahədə fəaliyyət göstərilir", - deyə o, qeyd edib. Nazir əlavə edib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra bölgədə böyük quruculuq işləri aparılır: "Bu ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür, aqrar sahənin inkişaf perspektivləri böyükdür. Hələ işğaldan əvvəlki dövrdə Qarabağ bölgəsinin böyük aqrar potensialı olub, burada heyvandarlıq və əkinçiliyin inkişafı üçün münbit şərait var. Torpaqların azad edilməsi ilə bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün yeni imkanlar yaranıb".

Bütün xəbərlər