Son 8 ayda Azərbaycandan başqa ölkələrə turist kimi gedənlərin sayı artıb

12:27 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq 983 min nəfər olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, son 1 ildə İrana gedən vətəndaşların sayı 3,4 dəfə, Türkiyəyə gedənlərin sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Rusiyaya gedənlərin sayı isə 1,2 dəfə artıb.

Ölkə vətəndaşlarının 48 %-i Türkiyəyə, 17%-i Rusiya Federasiyasına, 11,4 %-i İrana, 8,4 %-i Gürcüstana, 15,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 63,9 %-ni kişilər, 36,1 %-ni qadınlar təşkil edib.

Bütün xəbərlər