Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 43,7 faizi sənaye sahəsinə ayrılıb

14:23 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. 2022-ci ilin səkkiz ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 43,7 faizi sənaye, 28,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 17,9 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, sözügedən vəsaitin 2,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,4 faizi informasiya və rabitə, 1,1 faizi təhsil, 0,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə və digər sahələrə ayrılıb.

Bütün xəbərlər