Prezident aparıcı beynəlxalq təşkilatların səmərəsizliyindən danışdı

15:06 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnaməni xatırlatmaq istərdim.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.

“Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunsa da, vəziyyətimizlə bağlı qəbul edilmiş qətnamələr 27 ildir ki, icra olunmur. Azərbaycan özü Qarabağ münaqişəsini hərbi-siyasi vasitələrlə həll etdi və yuxarıda göstərilən qətnamələrin icrasını təmin etdi.” – Prezident bildirib.

 

Bütün xəbərlər