Bakıda bu mənzillərin qiyməti bahalaşıb

16:17 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Bakıda avqust ayında mənzil bazarında qiymət artımları davam edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən ABC.AZ-a verilən məlumata görə, qiyməti 150 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub.

Qiyməti 150 min manatadək olan mənzillərin qiymətində 6 faiz artım qeydə alınıb. 150-250 min manat qiymət aralığında təklif olunan mənzillər 5 faiz dəyər qazanıb. 

Əvvəlki aylardan fərqli olaraq avqust ayında daha bahalı mənzillərin qiymətində də 3 faiz artım qeydə alınıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər