Qarabağda iş qurmaq istəyən sahibkarlar sasən türk dövlətlərindəndir

16:56 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Qələbədən dərhal sonra Qarabağda biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbuluna başlanıb.

ABC.AZ xəbər verir ki, müraciətlərin intensivliyi və həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir.

Bu günə qədər 1300-ə yaxın müraciət müvafiq formaya uyğun qeydə alınıb. Onların 460-dan çoxu xarici müraciətdir və 40-a yaxın ölkəni əhatə edir.

Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Onların sırasında Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstan yer alır.

 

Bütün xəbərlər