Azərbaycan Müdafiə nazirliyi ermənilərin iddialarını təkzib etdi

17:14 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. "Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır".

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.

"Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - məlumatda qeyd edilib.

 

Bütün xəbərlər