Bundan sonra mərkəzi istilik sisteminə sayğac quraşdırılacaq

10:07 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. "Azəristiliktəchizat" ASC sayğaclaşma ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlayıb.

ABC.AZ ASC-yə istinadən xəbər verir ki, 2022-2023-cü illər payız-qış mövsümündə pilot layihə olaraq müxtəlif tipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur.

Yeniliyə əsasən, vətəndaşlar mənzilin kvadratmetrinə görə ödəniş etməyəcəklər.

İstilik sayğacları konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq.

 

Bütün xəbərlər