Bu rayonun icra başçısının müavini istefa verdi - Foto

10:19 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, o, bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.

Bütün xəbərlər