"Azsığorta"ya məhdudiyyət tətbiq edilib

19.09.2022,10:53


19 sentyabr, Fineko/abc.az. "Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin  “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə İcbari Sığorta Bürosunun informasiya sistemində sığorta şəhadətnaməsi satışına məhdudiyyət tətbiq edilib.

İcbari Sığorta Bürosundan ABC.AZ-a bildirilib ki, "Azsığorta" Direktorlar Şurası, avqustun 9-da biznes strategiyasında dəyişiklik etməklə Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə satışlarını dayandırmaq qərarına gəlib.

Bu barədə tənzimləyici müvafiq qaydada məlumatlandırılıb. Şirkət yeni strategiya ilə daha çox aqrar sığortaya fokuslanmağı, həmçinin əmlak sığortası üzrə portfelini genişləndirməyi hədəfləyir.