Türkiyədə amfibiya hücum gəmisi inşa edilir

16:22 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Türkiyə tarixinin müdafiə sənayesi üzrə ən böyük layihəsi olan “Çoxməqsədli amfibiya hücum gəmisi (LHD)” çərçivəsində inşa edilən “TCG Anadolu” ictimaiyyətə təqdim edilib.

ABC.AZ xəbər verir ki, hələlik gəminin inşası davam edir və çoxməqsədli hücum gəmisi bu ilin sonunda Türkiyənin Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

Gəmininin imkanları elə yüksəkdir ki, analitiklərin fikrincə, "TCG Anadolu" Türkiyənin təkcə dəniz qüvvələrini deyil, həm də Türkiyənin diplomatiyadakı mövqeyini də yüksək səviyyəyə daşıya biləcək. 

Üzərində işlərin 2015-ci ildən başlandığı gəminin bu ilin sonunadək tamamlanacağı gözlənilir.

Bütün xəbərlər