Dövlət vergi orqanları işçi axtarır

16:35 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

ABC.AZ xəbər verir ki, işə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 19 sentyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsabiqənin test imtahanı mərhələsi 20 noyabr 2022-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiz: (https://www.taxes.gov.az/az/post/2090).

Bütün xəbərlər