Son 6 ayda xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği bu qədər olub

16:49 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3,2 milyard dollar olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 65,9 faiz təşkil edib. 2022-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-3 milyard 122,4 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 milyard 122,9 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (5 milyard 245,3 milyon dollar əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2,4 dəfə artaraq 1 milyard 97,7 milyon dollar olub.

Bütün xəbərlər