"PepsiCo" Rusiyada istehsalını dayandırıb

12:28 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. "PepsiCo" şirkəti Rusiyada Pepsi, 7UP və Mountain Dew içkilərinin istehsalını dayandırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, şirkətin Rusiyada məhsulların istehsalını və satışını dayandırmaq planlarını elan etməsindən altı ay sonra baş verib.

Hələlik "PepsiCo" məhsullarının Rusiya supermarketlərində və digər satış nöqtələrində geniş şəkildə satışı davam edir.

Eyni zamanda, 2022-ci ilin iyul və avqust aylarında buraxılan Rusiya fabrikinin markası olan məhsulları satırlar.

Müəllif: Elmir Murad

Bütün xəbərlər