Bağlanmış Bankın 180 min manatlıq daşınmaz əmlakı satışa çıxarılır

16:44 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Ləğv prosesində olan “Gəncəbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

ABC.AZ-ın məlumatına görə, hərrac oktyabrın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək.

Əmanətlərin Sığortalanması Fondundan ABC.AZ-a bildirilib ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254 ünvanında yerləşən (ü/s 72 kvadratmetr) 18-48-49 nömrəli mənzildir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 180 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşesi 27 (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67.

Bütün xəbərlər